Русская версия  |  Əsas səhifə

Bolqarıstanda din xadiminin həyat yoldaşı müsəlman olub

İslam dinini qəbul edərək Fatma adını alan qadın "dəli" deyilərək evdən qovulub

Bolqarıstan Ortadoks kilsəsinin keçmiş idarə heyətinin üzvü Bocidar Cipovun həyat yoldaşı Culiana Cipov İslam dinini qəbul edib. Keçmiş din xadimi Fatma adını seçən həyat yoldaşını müsəlman olduğu üçün evdən qovub.

Xanım Cipov İslam dinini 21 iyun 2006-cı ildə qəbul edib. Özünün dediyi kimi ibadətlərini həyat yoldaşı və xristianlardan qorxduğu üçün də gizli edib. İslam dinini qəbul etməsini bilən əri və qızı onu dəli adlandıraraq evdən qovub.

Bocidar Cipov isə iddiaları qəbul etməyərək, "O mənim 27 illik həyat yoldaşımdır. Müsəlmanlığı qəbul etdiyi üçün ona təzyiq göstərməmişəm. Boşanmaq istəməyimizin səbəbi isə onun müsəlman olması deyil, xəstə olmasıdır" – deyib.

Опубликовано:8 Октябрь, 2007 08:58
В этом разделе:
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2019 All right reserved www.islam.az waplog