Русская версия  |  Əsas səhifə

Rusiyalı müğənni İslam dinini qəbul edib

Maşa Alalıkina:"İnanmazdım ki, cənnətin qoxusunu həyatda da hiss etmək olar"

Rusiya telekanallarının birində nümayiş etdirilən "Fabrika Zvezd" müsabiqəsinin iştirakçılarından biri Maşa Alalıkina İslam dinini qəbul edib. Qəzetlərin birinə verdiyi müsahibəsində Maşa İslamı 2 il əvvəl həyat yoldaşının ardınca qəbul etdiyini söyləyib.

Maşa ilk Ramazan ayının həyatında ən qeyri-adi aylarından biri olduğunu deyib. "İnanmazdım ki, cənnətin qoxusunu həyatda da hiss etmək olar".

Müğənni Elton Conun Kremldə keçirilən konsertinə getmək əvəzinə isə böyük məmuniyyətlə "Rayxan" qrupunun, Sami Yusuf, Yusuf İslamın (Keta Stivens) konsertinə getmək istədiyini bildirib.

Onun sözlərinə görə, İslamı qəbul etməyində Əl Qəzalinin kitablarının böyük rolu olub. Orada yazılır: "Allah haqqında düşünə bilmirsənsə, heç olmasa özünü unut". "Əgər kimsə İslamı qəbul etmək istəyirsə, ona bunu ciddi düşünmək və ürəyini dinləmək məsləhət görülməlidir".

Müğənni Ramazan ayı münasibəti ilə müsəlmanları təbrik etməyi də unutmayıb. O müqəddəs Ramazan ayında bütün bacı və qardaşlarının dualarının qəbul edilməsini arzulayıb. "Qoy Allah bərəkətini evlərdən əskik etməsin".

Опубликовано:8 Октябрь, 2007 08:59
В этом разделе:
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2019 All right reserved www.islam.az waplog