Русская версия  |  Əsas səhifə

Corc Buş iftar süfrəsi açdı...

Oktyabrın 4-də axşam prezident Corc Buş ABŞ-dakı müsəlman icmalarının liderlərini və bəzi ölkələrin səfirlərini Ramazan ayı münasibətilə iftar süfrəsinə dəvət edib. 90 nəfərlik qonaqlıqda süfrəyə balqabaq şorbası, quzu əti qızartması və paxlava verilib. "www.islam.com.az" saytı İTAR-TASS agentliyinə istinadla xəbər verir ki, qonaqları salamlayan Buş nümunəvi müsəlmanlarla ekstremist müsəlmanların bir-birindən fərqləndiyini deyib: "Bizim dünya indi qəddar ekstremistələrlə müharibə həddindədir. Çünki onlar bizim cəmiyyətin əsaslarını dağıtmağa cəhd edir, azadlıq hərəkatının müsəlman ölkələrində irəliləməsinə mane olmaq istəyir".

Ekstremistlərin müqəddəs yerlərə hücum etdiyini, məscid və minarələri dağıtdığını, günahsız insanları öldürdüyünü vurğulayan prezident bildirib: "Onlar elə düşünürlər ki, zorakılıq etməklə və xaos yaratmaqla müsəlmanların sülh şəraitində azad yaşamaq istəklərinin qarşısını ala biləcəklər. Mən bəyan edirəm: onlar heç bir uğur əldə edə bilməyəcəklər".

Опубликовано:8 Октябрь, 2007 09:05
В этом разделе:
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2019 All right reserved www.islam.az waplog