Русская версия  |  Əsas səhifə

Nardaranda "Ümumdünya Qüds günü" ilə bağlı mitinq keçirilib

Nardaran kəndində "Ümumdünya Qüds günü" ilə bağlı mitinq keçirilib. APA-nın məlumatına görə, kənd sakini Əlikram Əliyev Qüds şəhərinin müsəlmanların birinci qibləgahı olduğunu diqqətə çatdırıb və İsraildən bu ərazilərdən çıxmasını tələb edib.

Kənd sakini Hikmət Vəliyev isə çıxışında dünyada baş verən qanlı hadisələrin baş verməsində yəhudiləri və sionizm ideologiyasını ittiham edib: "Azərbaycan öz sülhməramlı qoşunlarını İraqdan çıxarmalı və beynəlxalq xristian-sionizm birliyinə xidmət etməməlidir". Onun sözlərinə görə, sionizm Azərbaycanda öz mövqelərini möhkəmləndirir və ölkədə anti-müsəlman təbliğatı artır. Azərbaycan İslam Partiyası (AİP) Mərkəzi Nəzarət və Təftiş Komissiyasının sədri Fəyyaz Nəbizadə isə dünyada baş verən qanlı hadisələrdə ABŞ-ı ittiham edib. O, ABŞ-a və beynəlxalq sionizmə qarşı mübarizədə müsəlmanları birliyə çağırıb. Nardaran sakini Hacıağa Nuri Qarabağın azadlığının Qüdsdən keçdiyini söyləyib: "Beynəlxalq təşkilatlar Qarabağ münaqişəsinin həllində maraqlı deyillər. Çünki onların hamısı təcavüzkar sionizmə xidmət edirlər. Bu baxımdan ATƏT və Avropa Şurasından münaqişənin həllində yardım istəmək özümüzü aldatmaqdan başqa bir şey deyil. Münaqişənin həlli məsələsində həmin beynəlxalq qurumların vasitəçiliyindən imtina edilməlidir". Mitinqdə "İsrail bəşəriyyət tarixində qara ləkədir", "Sionistlər Fələstindən və digər müsəlman torpaqlarından rədd ol", "İran, Azərbaycan, Türkiyə səylərini birləşdirməlidir" və başqa şüarlar səsləndirilib. Aksiyanın sonda isə ABŞ prezidenti Corc Buşun müqəvvası, həmçinin ABŞ-ın, İsrailin və Böyük Britaniyanın dövlət bayraqları yandırılıb.

Опубликовано:8 Октябрь, 2007 09:07
В этом разделе:
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2019 All right reserved www.islam.az waplog