Русская версия  |  Əsas səhifə

Trabzondakı katolik kilsəsinin rahibini öldürən şəxs 8,5 ildən sonra azadlığa çıxacaq

Türkiyə Apellyasiya Məhkəməsi Trabzon şəhərindəki katolik kilsəsinin rahibi Andrea Santorunu öldürən Oğuzxan Akdin haqqında verilmiş həbs cəzasını qüvvədə saxlayıb. APA-nın Türkiyə bürosunun xəbərinə görə, Trabzon Ağır Cəza Məhkəməsinin çıxardığı 18 il 10 aylıq azadlıqdan məhrumetmə cəzası təsdiqlənib. Ancaq O. Akdin mövcud qanunvericilikdən yararlanaraq 8,5 ildən sonra azadlığa çıxacaq. Onun atası Hikmət Akdin isə bundan məmnun deyil: "Oğlum mollanı vursaydı, üç il sonra azadlığa çıxardı. Keşişin üstünlüyü nədir ki? Oğlum öz əməlindən peşmandır, "qəza oldu" deyir. Keşişin anası və bacısı oğlumu əfv etdiyi halda dövlətimiz niyə əfv etmir?"

Qeyd edək ki, hadisə 2006-cı il fevralın 5-də, Avropada Məhəmməd peyğəmbərin karikaturasının çəkilməsindən sonra başlayan qalmaqalın kəskinləşdiyi bir vaxtda baş verib. 16 yaşlı Oğuzxan Akdin Trabzondakı Müqəddəs Mariya kilsəsinin rahibi Andrea Santoronu tapança ilə qətlə yetirib.

Опубликовано:8 Октябрь, 2007 09:09
В этом разделе:
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2019 All right reserved www.islam.az waplog