Русская версия  |  Əsas səhifə

Müsəlman və türk dünyasının tanınmış alimləri bu ay Azərbaycana gələcək

Oktyabrın 24-də Bakıda "Yaxın və Orta Şərq: dünəni, bu günü, sabahı" mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. Konfransda Azərbaycan elm xadimləri ilə yanaşı, müsəlman və türk dünyasının görkəmli alimlərinin iştirakı gözlənilir. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi katibi Zəfər Abdullayev məlumat verib. Məlumata görə, konfransda Şərq tarixi, ədəbiyyatı, fəlsəfəsi və iqtisadiyyatının aktual məsələləri müzakirə olunacaq. Üç gün davam edəcək konfrans çərçivəsində elm xadimləri arasında əlaqələrin möhkəmlənməsi üçün qonaqlarla bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur.

Опубликовано:8 Октябрь, 2007 09:11
В этом разделе:
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2019 All right reserved www.islam.az waplog